İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən seçmələrdə
növbəti səyahətimiz 1936-cı ilədir. O
dövrün “Ədəbiyyat” qəzeti Azərbaycan mədəniyyətinin
böyük siması Cəfər Cabbarlının vəfatından
(31 dekabr 1934-cü il) ötən təxminən bir il ərzində
onun zəngin dramaturji irsinin necə yaşadılmasından
yazır.
Diqqətimizi çəkən digər bir yazı isə
1936-cı ildə bütün sovetlər ölkəsində
geniş yayılan “Staxanov hərəkatı”nın
(birgünlük əmək növbəsində 10 qat artıq
kömür çıxarmış məşhur
şaxtaçının adı ilə – red.) incəsənət,
kino sahəsində tətbiqi ilə bağlıdır.
Qeyd: şəhər (yer), teatr və s. adları ilə
bağlı o dövrün mətbuatındakı
yazılış forması və üslub saxlanılıb.
Cəfər operadaBöyük istedad və talant sahibi
olan Cəfər hələ öz sağlığında
opera səhnəsinə iki əsər (libretto müəllifi
kimi – red.) vermişdi (“Şahsənəm” və “Səfa”
operaları). Cəfərin vəfatından sonra onun dram əsərləri
üzrə opera yazmaq məsələsi ən böyük və
tanınmış kompozitorların gündəlik işi
sırasına girmişdir. “Şahsənəm”in müəllifi
Xalq artisti Qliyer keçən ildən “1905-ci ildə” əsəri
üzrə opera yazmağa başlamışdı. Qliyer bu il
bu operanı qurtarmaq fikrindədir. Kompozitor Ter-Hovandyan keçən
ildən “Od gəlini” əsəri üzrə opera yazmağa
başlamışdır.
On böyük şəhər teatrında
Cəfər Cabbarlının ölümündən
keçən bir il onun əsərlərinin ən çox tərcümə
edilən və səhnələrdə ən çox
oynanılan il olmuşdur. Vəfatından sonra Cəfərin
adı və şöhrəti Azərbaycan və Zaqafqas
hüdudunu aşmış, Orta Asiya, Volqa, Qrım, Lenin şəhəri
və sairəyə qədər getmişdir.
36-cı ildə Cəfərin əsərləri
aşağıdakı yerlərdə oynanılır:
Leninqrad, Mosqva, Qazan (Tatarıstan), Ufa (Başqırdıstan),
Astraxan, Simferopol, Rostov, Taşkənt, Səmərqənt
(Özbəkistan), Aşqabad (Türkmənistan), Orconokidze
(Şimali Osetiya), Maxac Qala, Dərbənd (Dağıstan),
Qutais (Gürcüstan), Batum (Acarıstan), Erivan (bir neçə
teatroda), Leninaqan (Ermənistan)
Bundan başqa Cəfərin əsərləri Azərbaycanda
aşağıdakı teatrolarda oynanılır və
oynanılacaq. Az DDT, Bakı İşçi Teatrosu, Devlət
Erməni Teatrosu, L.Berija adına Kirovabad Devlət Teatrosu
(türkcə və ermənicə), Bakı Tatar, Yəhudi və
Tat işçi teatroları, Ağdam və Naxçıvan
devlət teatroları. M.F.Axundov adına Devlət Opera və
Balet Teatrosunda Cəfərin librettası üzrə
yazılmış “Şahsənəm” əsəri
oynanılır.
Kinoda Staxanov metodu
...Kino filmini mümkün qədər tez bir zamanda
meydana gətirmək məsələsi kino işçilərini
coqdan bəri düşündürməlidir. Film orta hesabla
bir və yaxud bir yarım ilə çəkilib qurtarır. Bu
az zaman dəyildir. Vaqtın belə uzun olması bir tərəfdən
onun baha çəkilməsinə səbəb olur, digər tərəfdən
kino işçilərinin ixtisas və
yaradıcılığının artmasına mane olur...
Staxanov metodunun quruluşumuzun hər sahəsində göstərmiş
olduğu cari nümunələr biz kino işçilərini
də az düşündürmür. Biz işimizi yenidən
qurmağa və surət məsələsində əldə
edilmiş köhnə iş metodlarını yenidən nəzərdən
keçirməyə məcbur oluruq...
Lakin Azərkinoda olan bir sıra təcrübələr...
göstərir ki, filmin çəkilməsi üçün
gözəl şərait yarada biləcək bu müddətdən
lazımi qədər istifadə edilməlidir. Eyni zamanda belə
bir metod kolleqtivin yaradıcılıq birliyini və
intizamını qüvvətləşdirəcək,
ayrı-ayrı istedadların inkişafına imkan verəcək,
obrazların daha dərin olmasına və həqiqi surətdə
yaradılmasına səbəb olacaqdır...
Xalq artisti Xeyri Əmirzadə
“Ədəbiyyat” qəzeti, 14 fevral 1936-cı i
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.6.