Pantomima teatrı
yubileyə hazırlaşır
Bu il Dövlət Pantomima Teatrının
yaranmasının 30 illiyidir. Yubiley münasibətilə
mimçilər teatrsevərlərə ötən bu illər
ərzində repertuarlarında olan maraqlı səhnə
nümunələrindən çələng
hazırlayırlar.
May ayına nəzərdə tutulan tədbirdə
tamaşaçılar köhnə-yeni mimçiləri bir səhnədə
görmək imkanı qazanacaqlar.
Teatrda paralel olaraq yeni tamaşanın məşqi də
gedir. Sənət ocağının bədii rəhbəri və
baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadə öz ənənəsinə
sadiq qalaraq tam hazır olmayınca tamaşa barədə
danışmasa da, onun yubiley ilinə töhfə
olacağını dedi.
Mədəniyyət.-2024.-9 fevral,№(11).- S.3.