Rəssamlıq Akademiyasının
müəllimi İngiltərədə mükafata layiq
görülüb
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Bədii keramika, şüşə və metal
kafedrasının müəllimi Zinaida Mirzəzadə
İngiltərədə keçirilən sərgidə
mükafata layiq görülüb.
Bu barədə Rəssamlıq Akademiyasından məlumat
verilib. Bildirilib ki, bədii metalda stilizə üzərində
çalışan rəssam “Qızıl zamanın
istedadları” müsabiqəsində iki nominasiya üzrə
qalib olub.
71 ölkədən rəssamların
qatıldığı sərgidə Zinaida Mirzəzadənin
metaldan işi – “Stonehenge” dekorativ asma əsəri II, rəngli
qrafika nominasiyası üzrə “Uğura aparan yol əsəri
isə” III yerə layiq görülüb.
“Qızıl zamanın istedadları” müsabiqəsində
əsərlər 18 ölkənin təmsil olunduğu
münsiflər heyəti tərəfindən seçilib.
Zinaida Mirzəzadə ölkəmizdə və xaricdə
keçirilən bir sıra sərgilərin
iştirakçısı və qalibidir.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.3.