“Gənc
istedadların musiqi dünyası”
Rus Evində BMA yetirmələrinin konserti
Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi – RİMM) Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Könül
Hüseynovanın sinfinin “Gənc istedadların musiqi
dünyası” adlı konserti təşkil olunub.
Tədbiri Bakıdakı Rus Evinin rəhbəri
İrek Zinnurov açaraq iştirakçıları
salamlayıb.
Tədbirin kuratoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi
Alyona İnyakina musiqi sənətinin inkişafının
müxtəlif mərhələlərinin xüsusiyyətlərindən,
eləcə də konsertdə səsləndiriləcək əsərlərdən
söhbət açıb.
Konsertdə Əməkdar artist Rəna Əliyeva,
Akademik Opera və Balet Teatrının solisti Adil Axundov, beynəlxalq
müsabiqələr laureatları Rəvan Mustafazadə, Namiq
Səlimov, Fuad Əfəndiyev, Elşən Məmmədovun,
eləcə də Könül Hüseynovanın sinfinin tələbələri
– beynəlxalq müsabiqələrin laureatları Gülnar
Ağayeva, Nurel Kərimova, Zəminə Kərimova, Nərminə
Mürşüdzadə, Fidan Əmirova, Nəzrin Qulamova, Elvinə
Yəhyayeva, Aysel İbrahimli, Tasura Hüseynova, Rasimə
Abdullayeva, Fidan Yunus, Səkinə Quliyeva, Şəms Əskərova
və Sara Mustafayeva çıxış ediblər.
Mədəniyyət.-2024.-9 fevral,№(11).- S.3.