Tağıyev haqqında
çoxseriyalı filmin çəkilişləri
yekunlaşıb
Bakı Media Mərkəzinin istehsalı olan
çoxseriyalı “Himayədar” filminin çəkilişləri
yekunlaşıb.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur
Qasımlı, ssenari müəllifləri İsmayıl
İman, Zaur Qasımlı və Asif İsgəndərli, rəssamı
Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.
Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının
100-cü ildönümü ilə əlaqədar çəkilib.
Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində
Bakıda və bölgədə baş verən mühüm
tarixi hadisələr də əks etdirilir.
Daha öncə Bakı Media Mərkəzinin
yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar”
filminin on beş aylıq hazırlıq və çəkiliş
dövründə rəssam komandası tərəfindən
150-dən çox əsas qəhrəmanın geyim eskizləri
və geyimləri, 400-dən çox geyim növləri, 100
aksesuar – zərgərlik nümunələri hazırlanıb.
Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan
filmin çəkilişləri 70-dən çox məkanda
aparılıb.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.3.