Füzuli
teatrının rejissoru Qazaxda tamaşa hazırlayır
Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə
Nicat Qazax Dövlət Dram Teatrında Jalə
İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında
“Love Butik” tamaşasını hazırlayır.
Tamaşanın quruluşçu rəssamı
teatrın baş rəssamı Səyyad Məmmədov, bəstəkarı
Vahid Bayramov, rejissor assistenti Kəmalə Əyyubovadır.
Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Yusif
Qoca, Zəmanə Dərviş və Xanım Məmmədova
ifa edirlər.
Rejissor Mirzə Nicat eyni zamanda Qazax teatrında Mədəniyyət
Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi
çərçivəsində “Mən və teatr etikası”
(Stanislavski sistemi üzrə) mövzusunda təlim də
keçəcək.
Xatırladaq ki, 2022-ci ilin yanvarından həyata
keçirilən “Öyrədərək öyrənirəm”
layihəsinin məqsədi regionlarda teatr prosesinin
canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq
səviyyəsinin artırılmasına töhfə verməkdir.
Mədəniyyət .- 2024.- 23 fevral,¹(15).- S.4.