“Mən sənin
yanına qışda gəlirdim...”
Salyan rayon Mədəniyyət Mərkəzi və
Salyan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı
ilə görkəmli şair, dramaturq, tərcüməçi,
Əməkdar incəsənət xadimi Əliağa
Kürçaylının (1928–1980) xatirəsinə həsr
olunan “Mən sənin yanına qışda gəlirdim...”
adlı ədəbi-bədii gecə keçirilib.
Salyan rayon Mədəniyyət Mərkəzində
keçirilən gecədə rayon rəsmiləri, mədəniyyət
nümayəndələri, poeziyasevərlər və
şairin doğmaları iştirak ediblər.
Tədbirdə Əliağa Kürçaylının
ömür yolundan söhbət açılıb. Qeyd edilib
ki, 1946-cı ildə “Sənin gözlərin” adlı ilk
şeiri ilə ədəbiyyata gələn Əliağa
Kürçaylının əsərləri sonradan müntəzəm
olaraq mərkəzi və respublika mətbuatında dərc
olunub. Onun “Dünya ovcumdadır”, “Yollarda axtar məni”,
“Bütövlük” və başqa kitabları oxucuların rəğbətini
qazanıb.
Ədəbi-bədii gecədə şairin şeirləri
səsləndirilib, kompozisiyalar təqdim edilib. Həmçinin
müəllifin sözlərinə bəstələnən
mahnılar ifa olunub.
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.4.