“Deyirlər
şirindi dünya...”
Salyanda tanınmış şairin xatirəsi
anılıb
Salyan rayon Mərkəzi Kitabxanasında
tanınmış şair Fərqanə Mehdiyevanın
(1964-2020) 60 illik yubileyi münasibətilə xatirəsi yad
olunub.
Tədbir Salyan rayon MKS, Azərbaycan
Yazıçılar Birliyi, Salyan rayon Mədəniyyət Mərkəzi
və “Fərqanə” ədəbi məclisinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin
nümayəndələri, ziyalılar, şair və
yazıçılar iştirak ediblər.
Ədəbi-bədii gecədə şairin
ömür və yaradıcılıq yolundan söhbət
açılıb, şeirləri səsləndirilib. Sonra
şairin şeirlərinə bəstələnən mahnılar
ifa edilib.
Uzun müddət “Ulduz” jurnalında Poeziya şöbəsinin
müdiri olmuş F.Mehdiyevanın “Çəkdiklərim mənə
bəsdi”, “Deyirlər şirindi dünya”, “Payızın
yanında gözlərsən məni” və “İkimiz
darıxsaq...” kitabları oxucular tərəfindən maraqla
qarşılanıb.