Görkəmli
yazıçı və böyük demokrat
Fevralın 20-də Naxçıvan Muxtar
Respublikası Ədəbiyyat Muzeyində görkəmli
yazıçı, dramaturq, publisist, naşir, maarif xadimi Cəlil
Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155
illiyi münasibətilə tədbir keçirilib.
C.Məmmədquluzadənin adını daşıyan
muzeyin direktoru Aləmzər İbrahimova böyük ədibin
Azərbaycan ədəbiyyatının və mətbuatının
inkişafına verdiyi mühüm töhfələrdən
söz açıb. Deyib ki, C.Məmmədquluzadə məktəbdə
muzey yaratmaqla ölkəmizdə muzey işinin əsasını
qoyub. Ədibin Bakı və Tiflis şəhərlərində
də ev-muzeylərinin, Nehrəm qəsəbəsində isə
xatirə muzeyinin fəaliyyət göstərdiyini deyən
direktor diqqətə çatdırıb ki, bu gün muzeylər
onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən
öyrənib təbliğ etməklə özlərinin mənəvi
borclarını yerinə yetirməyə
çalışırlar.
Sonra Naxçıvan MR Yazıçılar Birliyinin sədri
Asim Yadigar, Naxçıvan Dövlət Universitetinin dosenti
İman Cəfərli və muzeyin baş elmi işçisi Nərmin
Nuriyevanın çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları muzeydə ədiblə
bağlı yaradılmış guşə ilə
tanış olublar.