Dilimiz milli
varlığımızdır
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili
Günü kimi qeyd olunur. Əlamətdar günlə
bağlı bölgələrdə müxtəlif tədbirlər
keçirilib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin
(RMİ) təşkilatçılığı ilə Quba
rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən
“Dilimiz milli varlığımızdır” adlı tədbir təşkil
edilib. Qeyd olunub ki, Beynəlxalq Ana Dili Günü hər kəsə
öz doğma dilinin varlığını hiss etmək,
onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ
olduğunu bir daha xatırladır. Dil hər bir millətin
maddi və mənəvi irsini qoruyan ən mühüm və
güclü vasitədir. Millətin dilinin dövlət dili
statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik
tarixinin qızıl səhifəsidir. Tədbir çərçivəsində
Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri,
Quba şəhər Hikmət Hüseynov adına 4 saylı
humanitar fənlər təmayüllü məktəb-liseyin və
Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin
şagirdləri ədəbi-bədii kompozisiya ilə
çıxış ediblər. Sonda “21 fevral – Beynəlxalq
Ana Dili Günüdür” adlı kitab sərgisinə
baxış olub.
***
Ağdam rayon Əliağalı kənd Mədəniyyət
evi (Quzanlı qəsəbəsində
yerləşir) tərəfindən 21 fevral – Beynəlxalq Ana
Dili Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ərazi
bütövlüyümüz uğrunda canlarını qurban
vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik
sükutla yad edilib. Çıxışlarda ana dilimizin tarixi
və inkişaf mərhələləri haqqında
danışılıb. Tədbirin sonunda məktəblilər
ana dilimizə həsr olunmuş şeirləri səsləndiriblər.
***
Yardımlı rayon Mərkəzi Kitabxanasında “Ana
dilimizi sevək” mövzusunda dəyirmi masa təşkil edilib.
Çıxış edənlər əlamətdar
günün tarixi haqqında məlumat veriblər. Qeyd olunub
ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində,
mükəmməl təhsil almasında, öz
soydaşları ilə ünsiyyət qurmasında
mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu
qorumaqla yanaşı, tərcümə vasitəsilə
başqa xalqların mədəni irsi ilə tanış
olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.