Xocalı
soyqırımının 32-ci ildönümü
Bütün insanlıq adına qara ləkə olan
Xocalı soyqırımının 32-ci ildönümü
münasibətilə bölgələrdəki mədəniyyət
müəssisələrində anım tədbirləri
keçirilir.
Astara rayon Heydər Əliyev Mərkəzində
“Xocalı soyqırımı Azərbaycanın tarixində ən
dəhşətli və qanlı səhifələrdən
biridir” mövzusunda tarix dərsi keçilib. Dövlət
Himninin səsləndirilməsi ilə başlayan dərsdə
“Xocalıya gedən yol” filmi nümayiş olunub. Sonra Heydər
Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova
faciə haqqında geniş məruzə ilə
çıxış edib. Sonda tədbir
iştirakçıları mərkəzin elektron
kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgiyə
baxıblar.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində
“Dəhşət doğuran faciə” adlı tədbir
keçirilib. Əvvəlcə faciə qurbanlarının və
şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub. Tədbirdə faciədən bəhs edən
“Bir millətin kədəri” adlı film və “Kədərli
yurdum azadlıqda” adlı sərgi nümayiş etdirilib.
***
Salyan Dövlət Rəsm Qalereyasında
“Xocalını unutma!” adlı rəsm sərgisi təşkil
olunub. Sərgidə nümayiş olunan əsərlərdə
Xocalı faciəsinin ağır nəticələri
tamaşaçıya çatdırılır. Sərgi
fevralın sonunadək davam edəcək.
***
Naxçıvan Rəssamlar Birliyində Xocalı
soyqırımının 32-ci ildönümünə həsr
edilmiş sərgi açılıb. Çıxış edənlər
soyqırımı qurbanlarının qisasının Vətən
müharibəsində qazandığımız Zəfərlə
alındığını bildiriblər. Qeyd olunub ki,
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli
Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri
nəticəsində düşmən tapdağından azad
edilib. Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın
15-də Xocalıda da bayrağımızı ucaldıb.
Bildirilib ki, sərgidə 15 rəssamın boyakarlıq
üslubunda 31 əsəri nümayiş olunur.