Mirzə Cəlilin
155 illiyi münasibətilə
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 10 nömrəli
tam orta məktəbdə böyük
yazıçı-dramaturq, naşir, maarif xadimi Cəlil Məmmədquluzadənin
(1869–1932) anadan olmasının 155 illik yubileyi ilə əlaqədar
“Dövrünün aynası” adlı icmal keçirib.
İcmal zamanı şagirdlərə Mirzə Cəlilin
həyat yolu və yaradıcılığı haqqında məlumat
verilib. Bildirilib ki, görkəmli ədib insanları cəhalətdən,
nadanlıqdan xilas etmək üçün mübarizə
aparıb, xalqımızın inkişafı yolunda
böyük əzmlə xidmət göstərib. O, Azərbaycan ədəbiyyatına tənqidi
realizm ədəbi cərəyanının bayraqdarı, ilk mənzum
və alleqorik dram əsərinin müəllifi, ictimai
satiranın yaradıcısı, “Molla Nəsrəddin”
jurnalının naşiri kimi daxil olub.