“Mənim ana dilim” –
kitabxana orta məktəbdə tədbir keçirib
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanası İlqar
İbrahimov adına 167 nömrəli tam orta məktəbdə
21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı “Mənim
ana dilim” adlı tədbir keçirib.
Tədbirdə ilk olaraq Beynəlxalq Ana Dili
Gününün tarixindən danışılıb.
Bildirilib ki, əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən
milli dillərin və mədəni müxtəlifliyin
qorunması məqsədilə təsis edilib.
Çıxış edənlər ana dilinin
insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində,
mükəmməl təhsil almasında, ünsiyyət
qurmasında mühüm rol oynadığını diqqətə
çatdırıblar.
Sonra məktəbin şagirdləri ana dilimiz
haqqında şeirlər söyləyiblər.
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.7.