İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (7)
88 il öncə builki kimi fevral 29-dan idi. O vaxt ayda iki dəfə
çıxan “Ədəbiyyat qəzeti”nin (Azərbaycan
Şura Yazıçılar İttifaqının orqanı)
növbəti sayı da həmin günə
düşmüşdü. Qəzetdə əksər
yazılar Gürcüstan SSR-in 15 illiyinə (Gürcüstanda
sovet hakimiyyəti 1921-ci ilin martında qurulmuşdu), o cümlədən
qonşu respublika ilə mədəni-ədəbi əlaqələrə
həsr olunmuşdu. Qəzetdə qonşu xalqa gürcü
dilində təbrik də verilmişdi. Maraqlıdır ki, bu ərəfədə
Azərbaycanın tanınmış opera müğənnisi
Fatma Muxtarova Gürcüstan SSR-də fəxri ada layiq
görülmüş, bu barədə də qəzetdə
material dərc olunmuşdu.
Seçmələr qəzetdə olduğu kimi təqdim
edilir...
Qardaşlıq gecəsiAyın 21-də Azərbaycan
Şura Yazıçılar İttifaqı qlubunda
yazıçılar, incəsənət işçiləri
və əməkçi ziyalıların qardaş
Gürcüstanın 15 illiyinə həsr edilən təntənəli
iclas olmuşdur. Gecəni Az.SYİ (Şura
Yazıçılar İttifaqı –– red.) katibi Səməd
Vurğun yoldaş açmış, Şura
Gürcüstanın şanlı bayramını Azərbaycan
şura yazıçıları adından təbrik
etmişdir.
Sonra Dandaladze yoldaş gürcü ədəbiyyatının
inkişafı və Gürcüstan şura ədəbiyyatı
haqqında ətraflı və olduqca maraqlı məruzə
etmişdir. Dandaladze yoldaşının
çıxışından sonra Simurq (Tağı Şahbazi
– red.) yoldaşın təklifi üzrə Gürcüstan
şura yazıçılar ittifaqına təbrik teleqramı
göndərilmişdir.
Rəsmi hissədən sonra bədii hissə
başlanmış. Şair Cəfər Xəndan
Gürcüstan haqqında olan şeirini, teatro texnikumunun tələbəsi
Tələt M.Müşfiqin və B.Məhəmmədzadə
M.Rahimin şeirini oxumuşlar.
Bakı gürcü teatrosu aktyorları
Gürcüstan şairlərinin şeirlərini oxumuşlar.
Bədii hissədə cümhuriyyətin xalq aktyoru H.Q.Sarabski,
Soqomon Seyranov, erməni teatrosu aktrisası Jeremjan, Cahan
Talışınskaya, Tamara Qritseuxen, Saljan yoldaşlar
iştirak etmişlər.
Moskvada Azərbaycan şeir gecəsi
SSRİ Şura Yazıçılar İttifaqı və
Dövlət Nəşriyyatı tərəfindən Moskvada təşkil
edilən Azərbaycan şeir deqadı (dekada – red.)
başlamışdır. Bu münasibətlə Azərbaycan
ŞJİ sədri M.K.Ələkbərli, şairlərdən
M.S.Ordubadi, S.Rüstəm, Hüseyn Cavid, M.Müşfiq,
M.Rahim, A.Araslı və tənqidçi Əli Nazim
yoldaşlar Moskvaya getmişlər. Moskvaya gəlməmişdən
əvvəl şairlərimiz BSSC (Belarusiya Sovet Sosialist
Cümhuriyyəti – red.) mərkəzi Minsk şəhərində
keçirilən Azərbaycan şeir gecəsində
iştirak etmişlər. Şairlərimiz Belarusiyada çox
hərəkətlə qarşılanmışlar.
Hacı Qara gürcü taetrosunda
Bakı Gürcü İşçi teatrı bu
yaxınlarda “Hacı Qara” əsərini oynayacaqdır.
Tamaşanı hazırlamaq üçün teatro kollektivi
M.F.Axundov yaradıcılığına müraciət
etmiş. Az.DDT kollektivi ilə görüşərək fikir
mübadiləsində bulunmuş. Tamaşa ekspremental
quruluşda verilir.
Fatma Muxtarova əməkdar artist adını aldı
Fevralın 15-də Tiflis Opera və Balet Teatrında
aktrisa Fatma xanın Muxtarovanın səhnə fəaliyyətinin
20 illiyinə həsr edilən böyük tamaşa gecəsi
keçmişdir. Həmin gecə Fatma xanım “Karmen”,
“Trubadur” operalarında çıxışda bulunmuşdur.
Tamaşadan sonra təntənəli iclas olmuş,
Gürcüstan OBT direktoru çıxışda bulunmuş.
Gürcüstan hökuməti tərəfdən
V.Boçuqava yoldaş çıxışda bulunmuş və
Fatma xanımın əməkdar aktrisa adlandırılması
haqqında Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin
qərarın oxumuşdur.
Ən axırda Fatma xanım çıxışda
Gürcüstan hökumətinə və onu təbrik edənlərə
öz təşəkkürünü bildirmişdir.
“Ədəbiyyat qəzeti”, 29 fevral 1936-cı il
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.6.