“Ulduzlu axşamlar”
Heydər Əliyev Sarayının yeni layihəsi
Heydər Əliyev Sarayı “Ulduzlu axşamlar” adlı
silsilə konsertlərdən ibarət yeni layihəsini təqdim
edir.
Layihə çərçivəsində ilk konsert
martın 16-da keçiriləcək. “Arif Babayevin muğam
dünyası” adlı konsertdə tanınmış xanəndələr
və Arif Babayevin tələbələri ustadın
repertuarına müraciət edəcəklər.
Gecədə Xalq artistləri Mələkxanım
Əyyubova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz
Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Cabir Abdullayev,
Nuriyyə Hüseynova, Firuz Səxavət, Elnarə Abdullayeva,
Ehtiram Hüseynov, Könül Kərimova, Sevinc Sarıyeva, Babək
Niftəliyev, Fərqanə Qasımova, Elnur Zeynalov və xanəndə
Vüqar Əliyev çıxış edəcəklər.
Layihənin ikinci proqramı isə “Hisslərin
sözlə ifadəsi” (7 aprel) adlı qiraət
axşamıdır. Dirijor, Xalq artisti Yalçın
Adıgözəlovun rəhbərliyi altında Niyazi adına
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq
şairi Ramiz Rövşənin şeirləri qiraət olunacaq.
Gecədə Xalq artistləri Mehriban Zəki, Məmmədsəfa
Qasımov, Əməkdar artistlər Elşən Rüstəmov,
aktrisalar Zemfira Əbdülsəmədova, Sabirə Abdullayeva və
bədii qiraətçi Xəzər Süleymanlı söz
ustadının yaradıcılıq nümunələrini səsləndirəcəklər.
Aprelin 10-da gerçəkləşəcək “Bir
müəllifin axşamı” adlı konsertdə isə
müasir estradamızın ulduzları iştirak edəcək.
Gecədə Xalq artistləri Azər Zeynalov, Aygün
Kazımova, Ənvər Sadıqov, Zülfiyyə Xanbabayeva,
Röya, Əməkdar artistlər Xəyyam Nisanov, Emil
Əfrasiyab, Eldar Məmmədov, müğənnilər Murad
Arif, Elnarə Xəlilova, Natəvan Həbibi, İradə
İbrahimova, Rüstəm Zeynallı, ifaçı Teymur
Abdullayev və “Aypara” qrupu çıxış edəcək.
Lalə Azəri
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.5.