Astaradakı muzeydə
ustad jurnalist Şakir Yaqubovun xatirə guşəsi
Astara rayonunun Kakalos kəndindəki Folklor evində fəaliyyət
göstərən Tarix-diyarşünaslıq muzeyində mərhum
jurnalist, Əməkdar mədəniyyət işçisi
Şakir Yaqubovun xatirə guşəsi açılıb. Nəcib
işin təşəbbüsçüsü muzeyin
yaradıcısı, qocaman mədəniyyət işçisi
Fərbiyə Şabanovadır.
Şakir Yaqubov 1951-ci il fevralın 25-də Kakalosun
qonşuluğunda yerləşən Bala Şahağacı kəndində
anadan olub. Ustad jurnalist “Azərbaycan gəncləri”, “Kommunist”
(indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Səhər”
və “Panorama” qəzetlərində çalışıb.
“Mən şahidəm ki…”, “Hakim mərkəzi göstərir”,
“Bizim səfər haçandı?!”, “Banişevski olduğu
kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın
küncündən…” və digər kitabların müəllifidir.
Bir çox yaradıcılıq mükafatlarına layiq
görülüb. 2022-ci il oktyabrın 15-də əbədiyyətə
qovuşub.
Bu günlərdə mərhum jurnalistin ailə
üzvləri və dostları Bala Şahağacı və
Kakalos kəndlərində olublar. Onlar muzeydə yaradılan
xatirə guşəsinə Şakir Yaqubovun şəxsi
arxivindən bir sıra sənəd və fotoşəkillərin
surətini təqdim ediblər.
Mədəniyyət.- 2024.- 28 fevral,№(16).- S.4.