Cəhalətə
qarşı mübariz ədib
Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki
xatirə muzeyində “Naxçıvan Muxtar
Respublikasının 100 illik taleyində öz imzası olan
ictimai xadim – Cəlil Məmmədquluzadə” adlı tədbir
keçirilib.
Böyük ədibin anadan olmasının 155 illiyi
münasibətilə təşkil olunan tədbirdə Babək
Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli
Axundzadə, “Şərq qapısı” qəzetinin əməkdaşı
Fariz Əhmədov çıxış ediblər. Qeyd olunub
ki, Mirzə Cəlil geriliyə və cəhalətə qarşı
barışmaz mübarizə aparıb.
Muzeyin direktoru Gülnarə Sadiqova vurğulayıb ki,
ədib öz vəsaiti hesabına məktəb daxilində
tarix-diyarşünaslıq muzeyi yaradıb. Nehrəm kənd məktəbində
7 il müəllim işlədiyi məktəb 1989-cu ildən
xatirə muzeyi kimi fəaliyyət göstərir və burada
qorunub saxlanılan 1126 eksponatdan 641-i ekspozisiyada sərgilənir.
Bununla yanaşı, muzeydə ədibin özünə və
ailə üzvlərinə aid əşyalar, fotoşəkillər
və digər eksponatlar nümayiş olunur.
Muzeyin əməkdaşları ədibin məqalə
və felyetonlarını bədii qiraət edib, ekspozisiyaya
baxış olub.
Mədəniyyət.- 2024.- 28 fevral,№(16).- S.4.