“Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində tədbir
Süni intellektlə yaradılmış əsərlər
sərgilənib
Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma
kampaniyası çərçivəsində Beynəlxalq
Muğam Mərkəzində eyniadlı tədbir təşkil
edilib.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan
Respublikasının Gənclər Fondu, “İRƏLİ”
İctimai Birliyi, Azərbaycan Milli Konservatoriyası və
“Cadenza” orkestrinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Azərbaycan Respublikası Gənclər Fondunun
icraçı direktoru Qədir Xəlilov və
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı
çıxış ediblər. Qeyd olunub ki, faciədən 32
il ötməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən
bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Lakin
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli
antiterror tədbirləri nəticəsində Xocalı şəhərində
də Azərbaycanın dövlət suverenliyi tam təmin olunub.
Azərbaycan işğal altında olan torpaqlarını azad
etməklə bu yerlərdə ədaləti bərqərar
edib. Faciədən illər ötsə də, Azərbaycan
xalqı bu hadisələri heç zaman unutmayacaq və gələcək
nəsillərə ötürəcək.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin
ruhları şaddır. Çünki Vətən müharibəsində
Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti
nəticəsində Azərbaycan Ordusu tarixi Qələbəyə
imza atıb. Nazir müavini diqqətə çatdırıb
ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 1994-cü ildə Milli Məclis fevralın 26-sının “Xocalı
Soyqırımı Günü” kimi yad olunması barədə
qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və
beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə
bağlı müraciət qəbul edib. Xocalı həqiqətlərini
dünyaya çatdırmaq məqsədilə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası geniş şəkildə həyata
keçirilir.
Mərasimdə Xocalıda donmuş ananın
qucağında vəfat etdiyi güman edilən ikiyaşlı
körpə Kübra Mahmudova və onu xilas edən Əsəd
Fərəcov haqqında videogörüntülər göstərilib.
Tədbir çərçivəsində “Xocalıya ədalət
gənclərin gözündə” adlı süni intellekt
müsabiqəsinin sərgisi də nümayiş olunub. Sərginin
məqsədi süni intellektdən istifadə edərək
Xocalı soyqırımını gənclərin
yaddaşına həkk etməkdir. Münsiflər heyətində
məşhur fotojurnalist Reza Deqati də yer alıb. Müsabiqədə
I, II və III yerə layiq görülən və fərqlənən
gənclər təltif olunub.
Sonda “Cadenza” orkestri, Azərbaycan Milli
Konservatoriyasının tələbələrindən ibarət
xor kollektivi konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.3.