Kinorejissor Tofiq Tağızadənin
arxiv fondu yaradılıb
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti,
görkəmli kinorejissor Tofiq Tağızadənin (1919–1998)
105 illiyi münasibətilə şəxsi arxiv fondu
yaradılıb.
Fonda sənətkarın şəxsi fotosənədləri,
diplom və fəxri fərmanları, haqqında qəzet və
jurnal materialları daxil edilib.
Şəxsi arxiv fondunda yer alan sənədlər Tofiq
Tağızadənin kürəkəni, Əməkdar artist
Firdovsi Atakişiyev, eləcə də ayrı-ayrı
kinematoqrafçılar tərəfindən təhvil verilib.
Tofiq Tağızadə milli kino sənətimizdə
xüsusi yeri olan “Görüş”, “Uzaq sahillərdə”,
“Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi
oğul istərəm”, “Dədə Qorqud”, “Bağ
mövsümü”, “O dünyadan salam” və digər ekran əsərlərinin
quruluşçu rejissoru olub.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.3.