Soyqırımı
qurbanlarının xatirəsinə həsr olunmuş musiqi
axşamı
Fevralın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasının səhnəsində Xocalı
soyqırımının 32-ci ildönümünə həsr
olunan musiqi axşamı keçirilib.
Əvvəlcə faciə qurbanlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli
adına Azarbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər
və baş dirijor – Əməkdar artist Fuad İbrahimov)
müşayiəti ilə solistlər – respublika və beynəlxalq
müsabiqələr laureatları Nicat Məsimov (balaban) və
Hüseyn Nağıyev (kamança) öz ifalarını təqdim
ediblər.
Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik
poeması, Hacı Xanməmmədovun “Kamança və orkestr
üçün konsert” (II hissə), Azər Dadaşovun
“Xocalıya ədalət!”, Fikrət Əmirovun “Nəsimi
haqqında dastan” əsərləri və “Sarı gəlin”
xalq mahnısı səsləndirilib.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.2.