“Yanardağ” qoruğu tarix və mədəniyyət
abidələrinin siyahısında
Baş nazir Əli Əsədov fevralın 26-da Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidələrinin
Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar
imzalayıb.
Qərarla “Yerli əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrinin
Siyahısı”nın “Memarlıq abidələri” bölməsinə
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğu” (4025-ci bənd) və qoruğun ərazisindəki
Əli daşı türbəsi (XVII-XVIII əsrlər) əlavə
(4025-1-ci bənd) edilib.
Abşeron rayonunun Məmmədli kəndi ərazisində
(Bakının mərkəzindən 27 km məsafədə)
yerləşən “Yanardağ” təbiət abidəsi Azərbaycan
Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı
ilə dövlət tarix-mədəniyyət və təbiət
qoruğu elan edilib. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.2.