“Dünyamızı qoruyaq!” adlı
konsert
Salyan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində “Dünyamızı qoruyaq!”
adlı konsert proqramı keçirilib.
Salyan Dövlət Kukla Teatrında keçirilən tədbirdə
Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, rayon İcra
Hakimiyyətinin rəsmiləri, ziyalılar, mədəniyyət
və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir
iştirakçıları şəhər və kənd
klublarının təqdim etdiyi rəsm və əl işlərindən
ibarət sərgini izləyiblər.
Çıxış edənlər “Yaşıl
dünya naminə həmrəylik ili”nin əhəmiyyətindən
bəhs edib, bu münasibətlə keçirilən tədbirlər
haqqında danışıblar.
Əməkdar artist Həsənağa Sadıqov
adına “Mahirlər” xalq ailə ansamblı, “Gənclik”
instrumental xalq ansamblı və solistlərin ifasında
maraqlı musiqi nömrələri və kompozisiyalar təqdim
edilib.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.4.