Polislərin peşə
bayramı münasibətilə
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon Heydər Əliyev Mərkəzində 2 iyul –
Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir
keçirilib.
Tədbirdə rayonda fəaliyyət göstərən
dövlət qurumlarının əməkdaşları və
digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Polisi
Günü münasibətilə bütün polislərin
peşə bayramını təbrik edərək dövlətçiliyimizin
qorunmasında, ölkəmizdə sabitliyin, əmin-amanlığın
təmin edilməsində onların müstəsna xidmətləri
olduğunu bildiriblər.
Qeyd olunub ki, Azərbaycan polisi Birinci Qarabağ və Vətən
müharibəsi zamanı ölkəmizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə
fəal iştirak edib.
Tədbir Zaur Cəfərov adına şəhər 3
saylı və Zəki Kərimov adına I Nügədi 1
saylı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik
mövzusunda şeir və mahnıların səsləndirilməsi
ilə davam etdirilib.
Sonda Azərbaycan Polisi Gününə həsr
edilmiş film nümayiş olunub.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.4.