Şuşada Kəlağayı
festivalı
Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada Kəlağayı festivalı keçirilib. Tədbir
“Sazlı-sözlü kəlağayı günləri” layihəsi
çərçivəsində Şuşa Şəhər
Dövlət Qoruğu İdarəsinin dəstəyi, “Mirvarid
Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı
ilə gerçəkləşib.
İctimai birliyin sədri Güllü Eldar Tomarlı
diqqətə çatdırıb ki, Azərbaycan kəlağayı
sənəti 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilib. Bu əlamətdar tarixin 10 illiyi münasibətilə
ictimai birlik Azərbaycanın bölgələrində, elm və
təhsil ocaqlarında tədbirlər keçirir. “Sazlı-sözlü
kəlağayı” festivalı işğaldan azad olunmuş
Şuşada ilk dəfə təşkil olunur.
Festival çərçivəsində təşkil
olunan sərgidə 200 qədimi kəlağayı, qurama
ustası Aybəniz Camalovanın əl işləri, Gülnarə
Məmmədovanın rəsm əsərləri və kəlağayıya
həsr edilən kitab təqdim olunub.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.4.