Yaşıl dünya
naminə – Mingəçevir Turizm Kollecində konfrans
“Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində Mingəçevir Turizm
Kollecində “Azərbaycanda ətraf mühitin mühafizəsində
Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda nəzəri
konfrans keçirilib.
Tədbirdə “Yaşıl dünya naminə həmrəylik
ili”nə həsr olunmuş videoçarx nümayiş
etdirilib.
Kollecin direktoru Kamal Əhmədov giriş
sözündə bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən
biri “Yaşıl ətraf mühit və yaşıl artım
ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə
uyğun olaraq, ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların
bərpası və artırılması, su ehtiyatlarından və
dayanıqlı enerji mənbələrindən səmərəli
istifadə edilməsi istiqamətində mühüm tədbirlər
həyata keçirilir.
Kollecin Tədris şöbəsinin müdiri Ceyhun
Abdullayev “Azərbaycan Respublikasında ekoloji siyasətin
formalaşdırılmasında Ulu öndər Heydər
Əliyevin rolu”, Mingəçevir Dövlət Universiteti
Energetika kafedrasının müdiri texnika üzrə fəlsəfə
doktoru, dosent Ülkər Aşurova “Ətraf mühitin
mühafizəsi və yaşıl enerjiyə keçid”,
kollecin sosial, iqtisadi və texniki fənn birləşməsi
komissiyasının sədri Xəyalə Abbasova “Ətraf
mühitin mühafizəsi Azərbaycan Respublikasında
dövlət siyasətinin prioritetlərindən biridir” və
turizm fənni üzrə müəllimi İqbal Xudiyev
“İşğaldan azad edilmiş torpaqlarda yaşıl turizm
imkanları və inkişafı” mövzularında məruzə
ediblər.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.4.