“İnsan səsi” bu
dəfə Sumqayıtdan gəlir
İyulun 2-də Sumqayıt Dövlət Dram
Teatrında Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin diplomantı Afaq Qədimlinin
quruluş verdiyi “İnsan səsi” monotamaşasının
premyerası olub.
Fransız yazıçısı və rejissoru Jan
Koktonun pyesi əsasında səhnə işi gənc rejissorun
debütüdür.
Monotamaşada istedadlı aktrisa Vəfa Qurbanova
çıxış edir.
Nümunədə tənha qadının
sarsıntıları əks olunur. Beşillik sevgilisindən
ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi
gözləyir. Qadının gözlədiyi zəng, nəhayət,
gəlir və o, çətin də olsa, sevgilisi ilə
vidalaşır.
Səhnə əsərinin quruluşçu rəssamı
Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq
üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.5.