“Dəlinin qeydləri”
daha bir festivaldan qayıdıb
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrı Moldovanın paytaxtı
Kişineuda keçirilən “MildFest” Beynəlxalq Teatr
Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası
ilə iştirak edib.
Teatrdan bildirilib ki, səhnə əsərinin
quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova,
quruluşçu rəssamı Lətifə Quluzadədir.
Monotamaşada Əməkdar artist Şövqi Hüseynov
çıxış edir.
Xarmelin adına Dövlət Gənclər Teatrında
nümayiş olunan tamaşadan sonra Şövqi Hüseynov
festivalın diplomu ilə təltif olunub. Tamaşanı izləyən
yerli teatrşünaslar, müxtəlif ölkələrin
ekspertləri səhnə əsəri ətrafında
müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.2.