“Azərbaycan Dizayn Sammiti” keçirilib

 

İyunun 30-da Bakıdakı EGP arenada (Dənizkənarı bulvar) dizaynerlərin görüşü – “Azərbaycan Dizayn Sammiti – 2024” keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etməkdir.

Müxtəlif ölkələrdən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edən sammitdə 14 kateqoriya üzrə (brendinq, interyer dizayn, eksteryer, loqo dizaynı və s.) 230-dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri öz işlərini nümayiş etdiriblər.

Qaliblər sammitin saytı (https://www.azerbaijandesignsummit.az/) üzərindən həyata keçiriləcək səsvermə ilə müəyyənləşəcək. Münsiflər heyəti həm Azərbaycan, həm də xaricdən seçilən tanınmış dizaynerlərdən ibarətdir.

 

Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.3.