Göygöl rayonunda növbəti
Milli Yaylaq Festivalı
Göygöl rayonunda 5-7 iyul tarixlərində III Milli
Yaylaq Festivalı keçiriləcək.
Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə
“Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı,
Dövlət Turizm Agentliyi, Gənclər və İdman
Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə
şəhər, Göygöl rayon icra hakimiyyətləri,
Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın
dəstəyi ilə gerçəkləşəcək.
Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu”
adlı etnoqəsəbə yaradılıb. Burada
yaşayış yurdları (alaçıqlar) ilə
yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq
guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar
üçün səhnə), “Pəhləvan meydanı”
(yarış sahəsi), “Aşıq Ələsgər
ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr
mövcuddur.
Etnoqəsəbənin ərazisində 3 gün ərzində
genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən
və xaricdən çoxsaylı qonaqların iştirakı
gözlənilir.
Festival şərti olaraq üç hissədən
ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman)
oyunları və eko-etnoturizm.
Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy
rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda
keçirilib.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.1.