III Bakı Piano Festivalı başa
çatıb
III Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində
“Isaak Jamba Group”un iştirakı ilə parlaq Braziliya sambası
konserti keçirilib və bununla da iki həftə davam edən
festivala yekun vurulub. Bağlanış mərasimi “Rotunda Roof
Garden”də baş tutub.
Tədbirdə diplomatik korpusun nümayəndələri,
tanınmış mədəniyyət və incəsənət
xadimləri, eləcə də media təmsilçiləri
iştirak ediblər. Braziliyalı artistlər İsaak Kamba (zərb
alətləri), Lusiano Vaskonselos da Silva (bas gitara) və Sofiya
Qrasio (vokal və piano) samba caz üslubunda hərarətli
musiqi kompozisiyaları ifa ediblər.
Tamaşaçıların və musiqiçilərin
xahişi ilə Bakı Piano Festivalının direktoru, Azərbaycanın
Əməkdar artisti, cazmen Şahin Növrəsli də əcnəbi
həmkarları ilə birlikdə bir neçə orijinal
nömrə ifa edib.
Tədbir gənc musiqiçilərin improvizasiya
seansı ilə başa çatıb.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.7.