“Love butik” növbəti dəfə
göstərilib
Qazax Dövlət Dram Teatrında yazıçı
Jalə İsmayılın “Ametist xanım və Apatit bəy”
pyesi əsasında hazırlanan “Love butik” tamaşası
növbəti dəfə nümayiş olunub.
Tamaşaçılar arasında Qazax-Tovuz RMİ-nin rəis
müavini Səbuhi Xasməmmədov, Azərbaycan Dövlət
Akademik Musiqili Teatrın direktor müavini Vəfa Mühacirova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi Aliyə Dadaşova da olublar.
Nümayişdən sonra yaradıcı heyətlə
tamaşanın müzakirəsi aparılıb, qeydlər və
təkliflər səsləndirilib.
Qeyd edək ki, tamaşanın quruluşçu
rejissoru Mirzə Nicat, rəssamı Səyyat Məmmədov,
musiqi tərtibatçısı Vahid Bayramovdur.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.4.