Xatirə gecəsi, sərgi,
görüş...
Salyan rayon Heydər Əliyev Mərkəzində Vətən
müharibəsinin şəhid baş çavuşu Anar Vəlizadənin
30 illik yubileyinə həsr edilən xatirə gecəsi
keçirilib.
Əvvəlcə şəhid haqqında film
nümayiş etdirilib. Çıxış edənlər qəhrəmanın
keçdiyi qısa, lakin şərəfli ömür yolundan
söz açıblar.
Bildirilib ki, Salyanın Cəngən kəndində
anadan olan Anar Vəlizadə Daxili Qoşunların baş
çavuşu kimi 2020-ci ilin Vətən müharibəsində
Füzuli, Cəbrayıl, Qubadlı və Şuşayadək
döyüş yolu keçib. Bir neçə dəfə
yaralansa da, yenidən cəbhəyə qayıdıb və
düşmənin çoxsaylı canlı qüvvəsini və
texnikasını məhv edib. 2020-ci il noyabrın 7-də
Şuşa şəhəri uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb. Ölkə başçısının müvafiq
sərəncamları ilə ölümündən sonra “Vətən
uğrunda”, Cəbrayılın və Şuşanın azad
olunmasına görə medalları ilə təltif edilib.
Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri
tərəfindən vətənpərvərlik ruhunda
mahnılar ifa olunub, şeirlər səsləndirilib.
***
Neftçala rayon Mərkəzi Kitabxanasında şair
Tubu İmanla görüş keçirilib.
Şairin yaradıcılığından söz
açılıb. Müəllifin “Şəhidlər”,
“Haqqın nurlu yolu”, “Həyat eşqim” və “Görəsən,
hara tələsirik?” adlı kitabları oxuculara təqdim
edilib. Sonda şair oxucuların suallarını
cavablandırıb, şeirlərini söyləyib.
***
“Yaşıl dünya naminə həmrəylik ili” ilə
əlaqədar Gədəbəy rayon mədəniyyət
müəssisələri, İcra Hakimiyyəti və YAP Gədəbəy
rayon təşkilatının birgə təşkilatçılığı
ilə rayon ərazisində yerləşən Heydər
Əliyev parkında və başqa məkanlarda iməcilik
keçirilib. Ərazilər tullantılardan təmizlənib,
təmizlik-abadlıq işləri aparılıb
***
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
kəlağayı sənətinə həsr olunmuş
“İncə sədəfli aləm” adlı sərgi təşkil
edilib. Qeyd olunub ki, Azərbaycan kəlağayı sənəti
2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilib. Kəlağayı gözəllik, ismət, ləyaqət,
ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə
Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini,
adət-ənənələrini yaşadır.
Sərgidə rəssamların əl işləri və
gənc xanımların təqdimatında kəlağayılar
nümayiş olunub. Sonda milli musiqi nümunələri ifa
edilib.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.4.