MEK-də Elmira
Axundovanın kitablarının təqdimatı
İyulun 2-də AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında (MEK) Xalq yazıçısı Elmira
Axundovanın “Aranızda ən böyük dissident mən
idim! Heydər Əliyev və yaradıcı ziyalılar”
(“Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция”)
və “Ədəbi gəzintilər: Zaman... Süjetlər...
Düşüncələr” (“Литературные странствия: Время… Сюжеты…
Мысли”) adlı kitablarının təqdimatı keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
müəllifin ədəbiyyatşünas və
yazıçı kimi yaradıcılığı barədə
fikirlərini bölüşüb. Elmira Axundovanın Ulu
öndər Heydər Əliyev haqqında ilk sənədli
bioqrafik romanın müəllifi olduğunu qeyd edən akademik
vurğulayıb ki, təqdimatı keçirilən kitablar
bir-birini tamamlayır. Bu kitablar Heydər Əliyev
epoxasını, strategiyasını, siyasətini əks etdirməklə
yanaşı, o dövrün mühitini və müasirlərini
göstərən nadir fotoşəkillərlə də zəngindir.
İsa Həbibbəyli yazıçının 6 cilddə, 7
kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və
zaman” tarixi-publisistik əsərlərinin əhəmiyyətini
xüsusi vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli
“Xalq yazıçısı Elmira Axundovanın yeni
kitabları: dahi şəxsiyyətə və əbədi
mövzulara yenidən baxış” mövzusunda məruzə
edib.
Xalq rəssamı akademik Ömər Eldarov, Xalq artisti
professor Xuraman Qasımova, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid, AMEA-nın Fəlsəfə
və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri
doktoru Eynulla Mədətli, digər çıxış edənlər
Elmira Axundovanın əsərlərinin Heydər Əliyev
irsinin öyrənilməsi üçün dəyərli mənbə
olduğunu qeyd ediblər.
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.7.