“Kür – çaylar anası”
Sənədli filmin çəkilişləri davam edir
Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən
2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film
layihələri müsabiqəsində qalib olmuş layihələrin
dövlət dəstəyi ilə istehsalı həyata
keçirilir.
Müsabiqənin 11 qalib layihəsindən biri olan
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri
davam etdirilir.
“OD Media Production” şirkəti tərəfindən
istehsal olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi
Əkbər Nəcəf, prodüseri Fariz Əhmədovdur.
Çəkilişlər Kür çayının mənbəyindən
mənsəbinədək – Türkiyə, Gürcüstan və
Azərbaycan ərazisində aparılır. Filmin əsas
ideyası keçmişdən bu günə Kür
çayının tarixi, mədəni, iqtisadi rolunu ön
plana çıxarmaq və bəşəriyyət
üçün əhəmiyyətini ifadə etməkdir.
Qeyd edək ki, müsabiqə dövlət tərəfindən
kino sahəsinin inkişafının dəstəklənməsi,
kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və
yerli kinematoqrafçıların təcrübəsinin
artırılması, eləcə də bu sahədə özəl
sektorun dəstəklənməsi məqsədilə gerçəkləşdirilib.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.5.