Diplom işi Gənc
Tamaşaçılar Teatrının səhnəsində
İyulun 4-də Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin (ADMİU) məzunu
Müşfiq Elmanoğlunun rejissorluq üzrə diplom işi
olan “Ana” tamaşası nümayiş olunub.
Teatrdan bildirilib ki, çex yazıçısı
Karel Çapekin eyniadlı əsəri əsasında
hazırlanan səhnə əsərinin quruluşçu rəssamı
Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül
Quliyevadır. Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova,
Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb
Abuşov, Hüseyn Bayramov iştirak edirlər.
Diplom işinin rəhbəri Əməkdar incəsənət
xadimi Bəhram Osmanovdur.
1938-ci ildə yazılmış əsərdə
faşizmə qarşı mübarizə və müharibənin
gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir
olunur.
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.3.