Kamera musiqisi axşamı
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyası Kamera və Orqan Musiqisi Zalının səhnəsində
“Kamera musiqisi axşamı” keçirilib.
İyulun 2-də gerçəkləşən konsertdə
respublika və beynəlxalq müsabiqələr laureatları
Qəmər Kərimli (violin), Nicat Feyziyev (violin), Georgi
İmanov (violonçel), Çolpon Amanjolova (viola), Nərmin
Rzayeva (piano) və Mirxalid Məmmədzadə (fleyta)
çıxış ediblər.
Proqramda A.Dvorjakın “2 nömrəli piano kvinteti”
(A-dur, op.81) və V.A.Motsartın “Fleyta, violin və
violonçel üçün 1 nömrəli kvartet”i (D-dur,
K.285) səsləndirilib.
İfaçıların çıxışları
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.3.