Naxçıvan şəhəri
haqqında monoqrafiya çapdan çıxıb
Naxçıvan Dövlət Universitetinin prorektoru
tarix üzrə fəlsəfə doktoru dosent Arzu Abdullayevin
“Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni
inkişafı XIX əsr” kitabı çap olunub.
Naxçıvan MR-in yaradılmasının 100 illik
yubileyinə həsr olunmuş kitabda bu diyarın tarixi, siyasi,
mədəni və ictimai mərkəzi olan Naxçıvan
şəhərindən söhbət açılır. Şəhərin
XIX əsr tarixi kompleks şəkildə
araşdırılır, buranın Rusiya imperiyası tərəfindən
işğalı, bölgənin inzibati-ərazi quruluşunda
dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi
və mədəni həyatı, ermənilərin
Naxçıvana köçürülməsi elmi dövriyyəyə
yeni cəlb edilmiş sənəd və materiallar əsasında
öyrənilir.
Nəşrin elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri
professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.