“Şirvanda kino
günləri” davam edir
Xəbər
verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar
İttifaqı və Şirvan-Salyan Regional Mədəniyyət
İdarəsinin təşkilatçılığı ilə
“Şirvanda kino günləri” layihəsi keçirilir.
Layihənin
növbəti ünvanı Neftçala rayonu olub. İyulun 5-də
rayondakı Heydər Əliyev Mərkəzinin kino zalında
filmlər nümayiş etdirilib.
Günün
birinci yarısında kinosevərlər Qulu Əsgərovun “Mən
burdayam, İlahi!” tammetrajlı bədii filmini izləyiblər.
Daha sonra Elvin Aşırovun “Gülyetərin
qayıdışı”, İntiqam Hacılının
“İlkin şəhid” qısametrajlı sənədli, Qulu
Əsgərovun “Hasar” və Amil Amalın “Titrəmə”
qısametrajlı bədii filmləri göstərilib.
Nümayişdən
sonra tamaşaçılar filmlər haqqında fikirlərini
bölüşüblər.
Qeyd
edək ki, iyul ayının birinci yarısınadək davam edəcək
layihə üzrə Şirvan şəhəri, Salyan və
Hacıqabul rayonlarında da adıçəkilən filmlərin
nümayişi təşkil olunacaq.
Mədəniyyət .-2024.- 10 iyul,¹51.- S.4.