Dəyirmi masa, görüş,
plener, təqdimat...
Yerlərdə mədəni həyat
Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi
Kitabxanasının oxu zalında “Qalib Azərbaycanın Zəfər
yolu” adlı dəyirmi masa keçirilib. Qeyd olunub ki, Prezident
İlham Əliyevin apardığı uğurlu daxili və
xarici siyasət nəticəsində Azərbaycan həm
iqtisadi, həm də siyasi cəhətdən regionun lider
ölkəsinə çevrilib. Ölkənin iqtisadi uğuru
hərbi potensialının artmasına təkan verib və Azərbaycanın
uzun illər ən ağrılı problemi olan Qarabağ məsələsi
öz həllini tapıb.
Tovuz rayon Mərkəzi Kitabxanası Tovuz regional “ASAN
Xidmət” mərkəzində “Oxuyaq və oxudaq!” mövzusunda
gənc könüllülərlə diskussiya və səyyar
kitab xidməti təşkil edib. Könüllülərlə
intellektual və sağlam düşüncəli gəncliyin
formalaşmasında mütaliənin müsbət rolu
haqqında fikir mübadiləsi aparılıb. Həmçinin
onların mütaliə marağı dinlənilib və
kitabxana fondundakı uyğun ədəbiyyatlar barədə məlumat
verilib. Mərkəzin əməkdaşlarına və gənc
könüllülərə səyyar kitabxana xidməti
göstərilib.
***
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə
sektoru və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Quba bölgəsi üzrə şöbəsi ilə
birgə “Qeyri-ənənəvi dini baxışların milli
birliyə və dini təhlükəsizliyə təsirləri”
mövzusunda görüş keçirilib.
Çıxışlarda bildirilib ki, cəmiyyətimizin,
xüsusilə gənclərin dini radikalizm təhlükəsindən
qorunması, radikal dini cərəyanların təsiri
altına düşməməsi üçün maarifləndirici
tədbirlərin mütəmadi keçirilməsi vacibdir. Bu
sahədə təhsil müəssisələri, gənclər
təşkilatları, dini icmaları, bir sözlə, cəmiyyətin
hər bir fərdi aktiv fəaliyyət göstərməlidir.
***
Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd
kitabxanasında “Təbiəti sevək və qoruyaq!” adlı tədbir
keçirilib. Bildirilib ki, ekoloji problemlərin həlli
üçün ətraf mühitin qorunub saxlanılması,
yaşıllığın artırılması mühüm
şərtdir. Həmçinin qeyd olunub ki, gənclərdə
ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə
qarşı həssas münasibətin
formalaşdırılması, təbii sərvətlərə
dəyər verilməsi, bu sahədə maarifləndirmə
işləri böyük əhəmiyyət kəsb edir.
***
Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən
“Təbiəti gənc nəslə sevdirək!” adlı plener təşkil
olunub. Qalereyanın 15 nəfərədək dərnək
üzvü Kür çayının Şirvan və
Hacıqabul rayonlarından keçən mühafizə
zolağı boyu uzanan meşəlik ərazidə rəsmlər
çəkiblər. Plenerin sonunda iştirakçılar “Pir
Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət
ediblər.
Salyan rayon Heydər Əliyev Mərkəzində “Vətən
bizim and yerimiz” layihəsi çərçivəsində Azərbaycan
Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə
Kamilqızının “Hərə bir qəhrəman”
kitabının təqdimatı keçirilib. Kitabda şəhidlərin
şərəfli ömür yoluna həsr olunan publisistik məqalələr,
xatirələr və şeirlər yer alıb.
Çıxış edənlər Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq
göstərən vətən övladlarının
döyüş yolunun öyrənilməsi, xatirəsinin əbədiləşdirilməsi
və gənclərdə hərbi vətənpərvərlik
ruhunun yüksəldilməsinin əhəmiyyətini
vurğulayıblar.
AYB-nin Muğan bölməsi və Salyan rayon Mərkəzi
Kitabxanasının birgə təşkilatçılığı
ilə AYB-nin üzvü, yazıçı-publisist Qəni
Camalzadənin oxucularla görüşü keçirilib.
Çıxışlarda yazarın həyat və
yaradıcılığı haqqında söhbət
açılıb. Qəni Camalzadə göstərilən
diqqətə və görüşə görə təşkilatçılara
təşəkkür edib, oxucuların suallarını
cavablandırıb. Müəllif “Şeytana daş atanlar”,
“Karxana” və “Xilaskarın axırıncı savaşı”
kitablarını kitabxanaya hədiyyə edib.
***
Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı
ilə Naxçıvan MR-in yaranmasının 100 illiyinə həsr
olunmuş “Ulu Naxçıvanım” adlı tədbir
keçirilib. Tədbirdə şair Salman Məmmədoğlu
və məktəblilər vətənpərvərlik ruhunda
şeirlər səsləndiriliblər.
Masallı rayon Mərkəzi Kitabxanasında “Şərqi
Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin
bərpası idi” mövzusunda tədbir keçirilib. Bildirilib
ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də
imzaladığı “Azərbaycan Respublikasında iqtisadi
rayonların yeni bölgüsü haqqında” tarixi fərman Vətən
müharibəsinin yekunu olaraq ərazi
bütövlüyümüzün daha bir təzahürü,
ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
islahatların yeni mərhələsidir. Qeyd olunub ki,
hazırda respublikamızın qarşısında duran ən
vacib məsələ doğma torpaqlarından
köçkün düşən insanların öz yurd yerlərinə
qayıdışını həyata keçirmək, həmin
ərazilərin ölkənin iqtisadi sisteminə
inteqrasiyasını təşkil etməkdən ibarətdir.
Astara rayon Heydər Əliyev Mərkəzində “Ulu
öndər Heydər Əliyev və müstəqil dövlətçiliyimiz”
mövzusunda tədbir təşkil edilib. Heydər Əliyevin
respublikaya rəhbərliyə başlamasına (1969) həsr
olunan film nümayiş etdirilib.