BSU-da tələbələrin
əl işlərindən ibarət sərgi
Bakı Slavyan Universitetində (BSU) “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində
tədbirlər planına uyğun olaraq, tələbələrin
əl işlərindən ibarət rəsm və foto sərgisi
təşkil edilib.
Universitetdən bildirilib ki, tədbir zamanı tələbələr
müəllifləri olduqları rəsm və fotolar barədə
təqdimatla çıxış ediblər.
BSU-nun rektoru Anar Nağıyev sərgidə
nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək
tələbələrə təşəkkür edib, onlara təhsildə
və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.
Sərgidə universitetin bütün fakültələri
təmsil olunub.