Moskvanı fəth edən
“Yeddi gözəl”
1959-cu ildə Moskvada Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyü
keçirilmişdi. Bu, 1938-ci ildəki (aprel) dekadadan sonra
ittifaq (SSRİ) miqyasında Azərbaycan mədəniyyətinin
ikinci böyük təntənəsi idi.
Birinci dekada musiqi sənətimiz üçün, ilk
növbədə, Üzeyir Hacıbəylinin “Koroğlu”
operası və “Arşın mal alan” operettasının Moskva
səhnəsində qazandığı alqışlarla əlamətdar
olmuşdu. İkinci dekadada (1959-cu il 22-31 may) isə Üzeyir
məktəbi yetirmələrinin – Qara Qarayevin “Yeddi gözəl”
baleti, Fikrət Əmirovun “Sevil” operası, Soltan Hacıbəyovun
“Gülşən” baleti və başqalarının əsərləri
Moskvada uğurla nümayiş olunub.
“Yeddi gözəl” baletində əsas partiyaları Azərbaycan
SSR-in Xalq artistləri Leyla Vəkilova və Konstantin Bataşov
(1918–1991; Tiflisdə doğulub, 1939-cu ildə Bakı
Xoreoqrafiya Məktəbini bitirib,
Azərbaycan Dövlət Opera və Balet Teatrının
solisti olub) və Belarusdan balet artisti Nikolay Krasovski (1933–1989;
50-ci illərin ikinci yarısında Bakıda sənət fəaliyyəti
göstərib) oynayıblar.
Fotoda: Moskvada, Böyük Teatrda Azərbaycan SSR incəsənəti
və ədəbiyyatı ongünlüyündə Q.Qarayevin
“Yeddi gözəl” baletinin nümayişi. Ön planda
K.Bataşov – Mənzər, L.Vəkilova – Ayşə və
N.Krasovski – Bəhram rollarında (1959)
Azərbaycan Respublikası Kino Foto Sənədləri
Arxivi (inventar N 26604)
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.6.