“Tıq-tıq
xanım” tamaşası parkda nümayiş olunub
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı ilə
iyulun 7-də Xətai rayonunda yerləşən Heydər
Əliyev Parkında “Tıq-tıq xanım” tamaşası
nümayiş olunub.
Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin
(Sabunçu rayonu Maştağa qəsəbəsi)
“Kilimarası” kukla teatrının tamaşası
azyaşlıların asudə vaxtının səmərəli
təşkili məqsədilə göstərilib.
Nümayişdən əvvəl nağıl qəhrəmanlarını
canlandıran maskotlar uşaqlarla əyləncəli oyunlar təşkil
ediblər.
Sonra uşaqlar səhnə işini izləyiblər.
“Tıq-tıq xanım” balaca tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.