Azərbaycanlı bəstəkarın
Almaniya və ABŞ-də musiqi albomu buraxılıb
Bəstəkar Xədicə Zeynalovanın Almaniya və
ABŞ-də “Ave Maria” adlı konserti keçirilib və musiqi
albomu işıq üzü görüb. Bu barədə
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Layihə haqqında danışan sənətçi
deyib: “Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən
Şərqlə Qərb arasında əlaqə yaratmağa
çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən,
muğam elementlərindən də istifadə etmişəm”.
Qeyd edək ki, xalqlar arasında sülhə həsr
olunan layihə Almaniyanın Mədəniyyət Fondu, “Lippe”
Regional Assosiasiyası və “Bridge of Sound” kamera
ansamblının maliyyə dəstəyi ilə həyata
keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Marienmünster
şəhərində aparılıb.
Xədicə Zeynalova “Bridge of Sound” ansamblının bədii
rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi
festivalının təsisçisidir. O, hazırda Almaniyada
yaşayır və Azərbaycan musiqisinin təbliği istiqamətində
konsertlərin təşkili ilə məşğul olur.
Bəstəkarın əsərləri müxtəlif
ölkələrdə keçirilən müasir musiqi festival
və konsertlərində səsləndirilib.
Bəstəkar Almaniyada təqaüd və
mükafatlara, eləcə də Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla
İş üzrə Dövlət Komitəsinin təltiflərinə
layiq görülüb.
Lalə