145 obyektin abidə
statusu alması ilə bağlı təhlillər
aparılıb
Daşınmaz mədəni sərvət üzrə
Ekspert şurasının iclası keçirilib
İyulun 8-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında
daşınmaz mədəni sərvətlərin müəyyən
edilməsi üzrə Ekspert şurasının həyata
keçirilmiş işlərə və qarşıda duran vəzifələrə
həsr olunan növbəti iclası keçirilib.
Ekspert şurasının sədri, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru professor
Gülçöhrə Məmmədova çıxış
edərək şura tərəfindən həyata keçirilən
işlər barədə məlumat verib.
İclasda çıxış edən Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin rəisi Səbinə
Hacıyeva abidələrin qiymətləndirilməsi ilə
bağlı mövcud çətinliklər və
qarşıda duran məsələlər haqqında
danışıb.
Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin Mədəni
irsin qorunması şöbəsi Abidələrin
qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov
bildirib ki, I mərhələdə Bakı şəhəri
üzrə 6 və işğaldan azad edilmiş ərazilər
üzrə 51 obyekt, II mərhələdə Binəqədi
rayonu üzrə 13 dövlət qeydiyyatında olan abidə və
12 tarix-memarlıq əhəmiyyətli tikili, III mərhələdə
isə Memarlar İttifaqının Səbail rayonu üzrə
təklif etdiyi 63 tikili – ümumilikdə 145 obyekt
baxılması üçün Ekspert şurasına təqdim
olunub.
Qeyd edilib ki, I mərhələdə Bakı şəhəri
və işğaldan azad edilmiş ərazilər üzrə
obyektlərlə bağlı şura üzvləri tərəfindən
verilən təkliflər ümumiləşdirilərək Azərbaycan
Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA tərəfindən
48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy
verilib. Bu obyektlərin abidələr siyahısına daxil
edilməsi üçün qərar layihəsi
hazırlanıb və razılaşdırılması
üçün müvafiq qurumlara göndəriləcək.
II mərhələdə Binəqədi rayonu üzrə
dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və
ünvanlarında dəqiqləşdirmə aparılaraq
siyahıda düzəliş olunması təklif edilib. 12
tarix-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar
hazırlanaraq şura üzvləri tərəfindən
baxılıb. 8 obyektin abidələr siyahısına daxil
edilməsi məqsədəuyğun hesab olunub.
III mərhələdə isə Səbail rayonu
üzrə 63 binaya dair hazırlanmış materiallara şura
üzvləri tərəfindən baxış olub. Onlardan
49-unun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun
sayılıb. Hər iki mərhələdə şura
üzvləri tərəfindən verilən təkliflər əsasında
AMEA-ya məktub hazırlanıb.
Sonda şura üzvlərinin həyata keçirilən
işlərlə bağlı irad və təklifləri dinlənilib,
mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Ekspert şurası “Azərbaycan
Respublikası ərazisində dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq edilməsi
haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər
edilməsi məqsədilə təsis olunub.
Ekspert şurasında Mədəniyyət Nazirliyi,
nazirlik yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidməti, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və
Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər
İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti, Dövlət
Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya
və Antropologiya İnstitutu, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi,
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil
olunur.
Nurəddin
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.3.