OP29-a hazırlıq
necə gedir?
Təşkilat Komitəsinin iclası olub
İyulun 8-də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
Təşkilat Komitəsinin beşinci iclası keçirilib.
Azərbaycan Respublikası Prezident
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin
sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident
İlham Əliyevin daimi nəzarəti altında olduğunu
qeyd edib.
Bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də
keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı
plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada
təşkil edilmiş Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının qeyri-rəsmi Zirvə
görüşündə Azərbaycanın COP29 zamanı
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında körpü yaratmaq və konsensusa nail olmaq
üçün səylərini əsirgəməyəcəyini
vurğulayıb. Şuşa Zirvə görüşündə
qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə
qardaş türk dövlətləri COP29-da real nəticələrin
əldə edilməsi istiqamətində Azərbaycanın
ardıcıl səylərini dəstəkləyiblər.
Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər
Sammitinə dəvətinə cavab olaraq tədbirdə
iştirak edəcək dövlət və hökumət
başçılarının sayının
artdığını bildirib. Sammitə böyük
marağın ölkəmizə hörmətin, Azərbaycanın
nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə
təşkil etmək qabiliyyətinə inamın və
yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə
etimadın göstəricisi olduğu vurğulanıb.
O da diqqətə çatdırılıb ki, Azərbaycan
Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının
Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin
yekun mətni müvafiq dövlət qurumlarının rəyləri
nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.
Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun
3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın
COP29 sədrliyinin aktiv mərhələsinə qədəm
qoyduğunu qeyd edib.
Azərbaycanın COP29 prioritetləri barədə
danışan Samir Nuriyev bildirib ki, müxtəlif dövlət
qurumlarının təklifləri əsasında, eləcə
də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr
nəticəsində 14 təşəbbüsdən ibarət
ilkin təkliflər siyahısı hazırlanır. BMT ilə
razılaşdırmaqla COP29-un tematik günlərinin
bölgüsü aparılıb. Bir sıra nüfuzlu əcnəbi
şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət
Komitəsinin yaradılması istiqamətində işlər
də yekunlaşmaqdadır.
Sonra ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev
çıxış edərək COP29-la bağlı
ümumi gedişat, Bonn iqlim konfransının nəticələri,
COP29 komandasının xarici səfərləri barədə məlumat
verib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində
təşkilati-logistika sahəsində aparılan fəaliyyət,
o cümlədən Bakı Olimpiya Stadionunda infrastrukturun
qurulması üzrə başlanmış işlər barədə
danışıb.
Xarici işlər naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər,
Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi
üzrə aparılmış danışıqlar, COP29 Sədrliyinin
Fəaliyyət Gündəliyi, təşəbbüslər
barədə çıxış edib.
Prezidentin köməkçisi – Prezident
Administrasiyası Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri,
o cümlədən xarici media ilə aparılan işlər
barədə danışıb.
Digər çıxış edənlər də
müvafiq sahələr üzrə görülən işlər
və nəzərdə tutulan tədbirlər barədə məlumat
veriblər.
Sonda COP29 Tədbirlər Planının icrası və
digər aidiyyəti məsələlər üzrə
tapşırıqlar verilib.
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.1;2.