“İpək Yolu”
festivalı zamanı Şəkidə “Şəhər
günü” də keçirilib
Yerli musiqi kollektivləri çıxış edib
Xəbər verdiyimiz kimi, 5-7 iyul tarixlərində Azərbaycanın
qədim sənət və mədəniyyət mərkəzlərindən
olan Şəki şəhərində “İpək Yolu” XIII
Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival Mədəniyyət
Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki
Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər
Bələdiyyəsinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Son illərin ənənəsinə uyğun olaraq, bu
il də “İpək Yolu” festivalı ilə bərabər,
Şəkidə “Şəhər günü” də
keçirilib.
İyulun 6-da keçirilən mərasimdə Şəki
Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyi
Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad
Ağabəyli, Şəki Bələdiyyəsinin sədr
müavini Səyyarə Musayeva çıxış ediblər.
Diqqətə çatdırılıb ki, Şəkidə
sənətin və sənətkarlığın yüksək
səviyyədə inkişaf etməsi ona UNESCO-nun
Yaradıcı Şəhərlər Şəbəkəsinə
üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə isə
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında (7
iyul, Bakı) “Xan sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi” UNESCO-nun Dünya İrs Siyahısına daxil
edilib.
“Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində
və “AzAbrau-Şəki Şərab” MMC-də təşkil
olunan bayram proqramı Şəki-Zaqatala Regional Mədəniyyət
İdarəsinin tabeliyində fəaliyyət göstərən
musiqi kollektivləri – Şəki Folklor ansamblı, “Zirvə”
ansamblı, Qax rayonu Qaxingiloy kənd Mədəniyyət evinin
“Şvitkatso” xalq xoru və “İmedi” rəqs qrupunun rəngarəng
çıxışları ilə də yadda qalıb.
Mədəniyyət .-2024.-
10 iyul,№51.- S.4.