“Bəşəri bəla”ya
qarşı – maarifləndirici tədbir
Sumqayıt şəhərindəki Heydər Əliyev
Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının İşçi
qrupu və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə narkomaniyaya qarşı mübarizə sahəsində
işlərin təhlilinə dair tədbir keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları “Ampula” adlı qısametrajlı
filmi izləyiblər.
Narkomaniyanın insanların həyat və
sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə
və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə
vaxtlarının səmərəli təşkilinə diqqətin
artırılması və digər məsələlər barədə
ətraflı məlumat verilib, yeniyetmə və gəncləri
maraqlandıran suallar ətrafında müzakirələr
aparılıb.
İşçi qrupu tərəfindən
hazırlanmış metodik tövsiyələr
kitabçası və digər əyani vəsaitlər
iştirakçılara təqdim edilib.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.4.