Qarabağ və Zəngəzurun
irsi arxeoloji və etnoqrafik tədqiqatlarda
Beynəlxalq elmi konfrans keçiriləcək
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və
Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı
ilə oktyabrın 24-25-də “Qarabağ və Zəngəzurun
mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda”
mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans tanınmış arxeoloq, tarix elmləri
doktoru, professor Qüdrət İsmayılzadənin (1934–2024)
90 illiyinə həsr olunub.
Konfransda Qarabağ və Zəngəzurun Daş və
Paleometal dövrlərinin arxeoloji irsi, həmin ərazidə
skif mədəniyyətinin izləri, alban mədəni irsi,
İslam mədəni irsi, Qarabağ və Zəngəzurun
qeyri-maddi mədəni irsi, Azərbaycanın arxeoloji irsinin tədqiqi,
tədrisi və təbliğində professor Qüdrət
İsmayılzadənin töhfələri, mədəni irsin
nəzəri məsələləri istiqamətlərində
məruzələr dinləniləcək.
Hibrid formatda təşkil ediləcək konfrans Azərbaycan,
türk, rus və ingilis dillərində keçiriləcək.
İştirakla bağlı məlumat və tezislər
oktyabrın 1-dək conferencehistory@bsu.edu.az ünvanına
göndərilməlidir.
Seçilmiş və müvafiq qaydada rəydən
keçmiş məqalələr konfrans
materiallarının toplusunda dərc
olunacaq.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.3.