Meksika səfiri
Ədəbiyyat Muzeyini ziyarət edib
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya
Romero Kabalyero Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeyin direktoru akademik Rafael Hüseynovla
görüşdə iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlıq və
qarşılıqlı maraq doğuran məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Rafael Hüseynov müəllifi olduğu “Məhsəti
Gəncəvi. Portret-oçerk” kitabının ispan və ingilis dillərində nəşrlərini,
“Şirvan şairləri” kitabını, eləcə də
muzeyin bukletini qonaqlara hədiyyə edib.
Muzeydə Azərbaycan ədəbiyyatının və
mədəniyyətinin təqdimatı qonaqlarda böyük
maraq doğurub.
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.3.