“Günay” teatr
studiyası da mövsümə yekun vurub
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyindəki Bakı Uşaq və Gənclər
Teatrının “Günay” uşaq teatr studiyası 21-ci
mövsümünü başa vurub.
Balaca aktyorlar Qusar Dövlət Ləzgi Dram
Teatrının səhnəsində Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyası əsasında
tamaşa-kompozisiya təqdim ediblər.
“Günay” teatrı bu mövsümdə çox fəal
işləyib. Teatrın səhnəsində Rəsul Həmzətovun
100 illik yubileyi ilə bağlı tamaşa, rus şairi və
yazıçısı M.Lermontovun anadan olmasının 210
illiyinə həsr olunmuş, eləcə də “Puşkinin
nağılları” və S.Yeseninin əsərləri əsasında
tamaşa-kompozisiyalar, “Əjdaha – 24” Yeni il şousu və digər
tədbirlər təşkil edilib.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.7.